...

AŞPA-nın müşahidəçiləri Bakının üç seçki məntəqəsində müşahidə aparıblar (FOTO)

Siyasət Materials 7 Noyabr 2010 11:57 (UTC +04:00)
Hal-hazırki ana qədər Pol Vilin rəhbərliyi ilə AŞPA-nın müşahidə missiyası Azərbaycanda parlament seçkiləri çərçivəsində 10 saylı Binəqədi üçüncü seçki dairəsinin üç məntəqəsində müşahidə aparıb.
AŞPA-nın müşahidəçiləri Bakının üç seçki məntəqəsində müşahidə aparıblar (FOTO)

Azərbaycan, Bakı, 7 noyabr / Trend müxbiri E.Ostapenko /

RED. əlav.: şəkillər əlavə olunub

Hal-hazırki ana qədər Pol Vilin rəhbərliyi ilə AŞPA-nın müşahidə missiyası Azərbaycanda parlament seçkiləri çərçivəsində 10 saylı Binəqədi üçüncü seçki dairəsinin üç məntəqəsində müşahidə aparıb.

Missiya 31, 34, 33 saylı məntəqələrində olub. Məntəqələrin hər birisində müvafiq olaraq 1154, 1042, 996 nəfər seçici qeydə alınıb.

Azərbaycanda parlament seçkisi ilə bağlı səsvermə yerli vaxtla saat 08:00-da başlayıb.

Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatına görə, parlamentə seçkilər uğrunda 690 namizəd mübarizəyə qatılıb.

Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib.

Xəbər lenti

Xəbər lenti