...

Azərbaycanda parlament seçkiləri şəffaf keçib - MDB missiyasının rəhbəri (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 8 Noyabr 2010 11:34 (UTC +04:00)
MDB müşahidə missiyası Azərbaycanın seçki qanunvericiliyinə edilən dəyişikliklərdən və parlament seçkilərinin şəffaf keçirilməsindən razı qalıb. Bu barədə bazar ertəsi Bakıda seçkilərin yekununa dair mətbuat konfransında missiya rəhbəri Sergey Lebedev deyib.
Azərbaycanda parlament seçkiləri şəffaf keçib - MDB missiyasının rəhbəri (ƏLAVƏ OLUNUB)

RED. əlav.: üçüncü abzasdan sonra təfərrüatlar əlavə olunub

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir E.Tariverdiyeva/

MDB müşahidə missiyası Azərbaycanın seçki qanunvericiliyinə edilən dəyişikliklərdən və parlament seçkilərinin şəffaf keçirilməsindən razı qalıb. Bu barədə bazar ertəsi Bakıda seçkilərin yekununa dair mətbuat konfransında missiya rəhbəri Sergey Lebedev deyib.

"Biz buraya Azərbaycan rəhbərliyinin dəvəti ilə gəlmişik və oktyabrın 18-dən seçki vəziyyətini müşahidə etmişik. Missiyanın tərkibinə 352 təcrübəli müşahidəçi daxil olub", - Lebedev bildirib.

Missiyanın rəhbəri müşahidəçilərə göstərilən diqqəti xüsusi qeyd edib. Onun sözlərinə görə, seçki prosesi haqqında lazımi sənədlər və məlumatlar maneəsiz, sərbəst şəkildə təqdim olunub.

"Səslərin hesbalanmasında iştriak edən müxalifətdən olan namizədlərin nümayəndələrinin müşahidə qrupunun tərkibinə daxil olması seçki prosesinin demokratikliyinə sübutdur", - Lebedev deyib.

Onun sözlərinə görə, Azərbaycan vətəndaşlarına 5-8 namizəddən deputat seçmək üçün real imkan verilib. "Əlbəttə ki, bəzi texniki pozuntulara rast gəlinib, lakin dünən müşahidəçilərin olduğu 3 min məntəqədə bu cür pozuntular azlıq təşkil edib", - Lebedev qeyd edib.

Lebedevin sözlərinə görə, bütün məntəqələrdə MDB missiyasının nümayəndələri ilə söhbət zamanı proses barədə öz fikirlərini bildirməyən yerli müşahidəçilər də iştriak ediblər. "Seçkilərdə ciddi pozuntu halları olmayıb. Ümumilikdə seçkilər Azərbaycan qanunvericiliynə uyğun, demokratik təşkil olunub. Hakimiyyət şəffaf, açıq seçkilərin keçirilməsi üçün bütün lazımi tədbirləri görüb", - o deyib.

Missiya rəhbərinin sözlərinə görə, bütün adları çəkilən məntəqələr missiyanın məlumatında qeyd olunub. "Qiymətləndirmələrimizin əksəriyyəti qərbdən olan həmkarlarımızın qiymətləndirmələri ilə uyğun gəlir", - Lebedev əlavə edib.

Oktyabrın 17-də tərkibinə təşkilati qrupun daxil olduğu MDB-nin birinci müşahidə qrupu yerlərdə qısamüddətli və uzunmüddətli müşahidəçilərin qeydiyyatını aparmaq, müşahidəçi qərargahı yaratmaq üçün Bakıya gəlib.

Azərbaycanda 2008-ci il prezident seçkiklərində olduğu kimi, missiya qərargahına Yevgeni Sloboda rəhbərlik edib.

Ölkədə keçirilən seçkilərdə seçkiqabağı monitorinq və bilavasitə seçkilər günündə monitorinq MDB-nin iki - qısamüddətli və uzunmüddətli müşahidə qrupu tərəfindən həyata keçirilib. Bu barədə İcraiyyə Komitəsindən məlumat verilib. Müşahidəçilərin bir hissəsi Azərbaycanın paytaxtı, digər hissəsi regionlarında yerləşdirilib.

Missiyanın işinin yekunlarına əsasən bu gün MDB ilkin hesabat təqdim edəcək. Yekun hesabat seçkilərdən iki ay sonra hazırlanacaq.

Noyabrın 7-də Azərbaycanda parlament seçkiləri keçirilib. Seçici fəallığı 50,14 faiz (2480205 seçici) təşkil edib. Bu barədə Trend-ə Azərbaycan MSK yanında "Seçkilər" İnformasiya Mərkəzindən məlumat verilib.

MSK-nın rəsmi məlumatına görə, parlament seçkilərində 690 namizəd mübarizə aparıb.

Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib.

Xəbər lenti

Xəbər lenti