...

Azərbaycanda parlament seçkiləri ciddi hüquq pozuntuları olmadan keçib - "Parlament -2010" seçki monitorinqi koalisiyası (FOTO)

Siyasət Materials 8 Noyabr 2010 12:51 (UTC +04:00)
Azərbaycanda parlament seçkiləri ciddi hüquq pozuntuları olmadan keçib. Bu barədə bazar ertəsi "Parlament -2010" seçki monitorinqi koalisiyasının nümayəndəsi Aydın Kərimov Trend Beynəlxalq İnformasiya Agentliyinin mətbuat mərkəzində səsvermənin yekunlarına həsr olunmuş mətbuat konfransında qeyd edib.
Azərbaycanda parlament seçkiləri ciddi hüquq pozuntuları olmadan keçib - "Parlament -2010" seçki monitorinqi koalisiyası (FOTO)

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda parlament seçkiləri ciddi hüquq pozuntuları olmadan keçib. Bu barədə bazar ertəsi "Parlament -2010" seçki monitorinqi koalisiyasının nümayəndəsi Aydın Kərimov Trend Beynəlxalq İnformasiya Agentliyinin mətbuat mərkəzində səsvermənin yekunlarına həsr olunmuş mətbuat konfransında qeyd edib.

Brifinqin gedişində koalisiyanın üzvü Əhməd Həşimoğlu elektron səsvermənin gedişi barədə jurnalistlərə məlumat verib.

"Azərbaycanda elektron səsvermə ilk dəfə keçirilib və bir növ sınaq xarakteri daşıyıb. O, heç bir hüquqi qüvvəyə malik deyil. İnkişaf etmiş ölkələrdə bu sistemdən artıq çoxdan istifadə edilir. Elektron səsvermənin məqsədi ictimai fikri öyrənməkdir", - Həşimoğlu deyib.

Onun sözlərinə görə, növbəti seçkilərdə elektron səsvermə sisteminin təkmilləşdirilməsi məqsədi ilə müvafiq işlər görüləcək.

Həşimoğlu deyib ki, elektron səsvermədə 25 442 seçici iştirak edib.

Monitorinq koalisiyası parlament seçkilərinin nəticələri üzrə bir sıra təkliflər irəli sürüb. Onlardan biri namizədlər üçün pulsuz efir vaxtının ayrılmasıdır. Koalisiya əmindir ki, parlamentdəki yerlər üçün iddiaçıların təbliğat kampaniyası beş il davam etməlidir. Bundan əlavə, namizədlərə televiziyada güzəştli əsasda reklam çarxları üçün efir vaxtı təqdim etmək təklif olunub.

Azərbaycanda parlament seçkiləri noyabrın 7-də keçirilib. MSK-nın rəsmi məlumatına görə, deputat mandatı uğrunda 690 namizəd mübarizə aparıb.

Xəbər lenti

Xəbər lenti