...

Azərbaycanda parlament seçkiləri yüksək səviyyədə keçib – rusiyalı politoloqlar

Siyasət Materials 8 Noyabr 2010 16:44 (UTC +04:00)
Azərbaycanda parlament seçkiləri kifayət qədər yüksək səviyyədə keçib. Bu barədə rusiyalı politoloqlar, "Vestnik Kavkaza" Analitik-İnformasiya Agentliyinin müşahidə missiyasının üzvləri İsmayıl Ağakişiyev və Aleksey Vlasov bildiriblər.
Azərbaycanda parlament seçkiləri yüksək səviyyədə keçib – rusiyalı politoloqlar

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir E.Tarıverdiyeva/

Azərbaycanda parlament seçkiləri kifayət qədər yüksək səviyyədə keçib. Bu barədə rusiyalı politoloqlar, "Vestnik Kavkaza" Analitik-İnformasiya Agentliyinin müşahidə missiyasının üzvləri İsmayıl AğakişiyevAleksey Vlasov bildiriblər.

"90-cı illərin ortaları, hətta 2005-ci illə müqayisə etsək, hazırkı seçkilər çox sakit şəraitdə keçib", - Rusiya Dövlət Humanitar Universiteti yanında Qafqazşünaslıq Mərkəzinin rəhbəri, Trend-in Ekspert Şurasının üzvü İsmayıl Ağakişiyev deyib.

Azərbaycanda noyabrın 7-də parlament seçkiləri keçirilib. MSK-nın ilkin nəticələrinə görə, seçkidə seçicilərin 50,14 faizi (2480205 seçici) iştirak edib. Bu barədə Trend-ə Azərbaycan MSK yanında "Seçkilər" İnformasiya Mərkəzindən məlumat verilib.

MSK-nın rəsmi məlumatına görə, parlament seçkilərində 690 namizəd mübarizə aparıb.

Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib.

Ağakişiyevin sözlərinə görə, seçki məntəqələrində bütün lazımi şərait yaradılıb, seçicilərə təzyiq göstərilməyib.

"Bu gün Azərbaycanda sabitlik müşahidə olunur. Ölkə real inkişaf yolundadır, iqtisadi planda Azərbaycan bütün Cənubi Qafqazın iqtisadiyyatının 75 faizini təmin edir, böyük nailiyyətlər və sabitlik var", - Trend-ə Ağakişiyev deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev əsas amilə - sabit inkişaf, regionda sülhün qorunub saxlanmasına nail olub.

"İnkişaf gedir və 10-15 ildən sonra Azərbaycanın iqtisadi inkişafın səviyyəsinə görə inkişaf etmiş ölkələrdən biri olması üçün ölkə hazırkı sabitliyini qoruyub saxlamalıdır. Bunu ölkənin hazırkı kursuna qarşı çıxan şəxslər dərk etməli və öz şəxsi maraqlarını Azərbaycan xalqının maraqlarından üstün tutmağın cinayət olduğunu unutmamalıdırlar", - o deyib.

"Ölkə iqtisadiyyatına investisiyalar, real iqtisadiyyatın gələcək inkişafı, iqtisadiyyatda inhisardan imtina - bax, yeni parlament, bütün hakimiyyət orqanları səylərini öz aralarındakı münasibətləri aydınlaşdırmağa deyil, bu məsələlərə yönəltməlidirlər", - o hesab edir.

Moskva Dövlət Universitetinin tarix fakültəsinin dekan müavini Aleksey Vlasovun fikrincə, seçicilərin fəallığı gözlənilən idi, lakin gənclər seçki prosesində o qədər də fəal iştirak etməyiblər.

"Ölkədə gənclər çoxdur, bu yaş qrupunun elektron prosesə cəlb olunması gələnlərin sayını və gələcək üçün tapşırıqları müəyyən edir - müstəqillik dövründə böyüyən gənclərə vətəndaş borcu və seçkilərdə iştirak etməyin vacibliyini aşılamaq", - Trend-in Ekspert Şurasının üzvü Vlasov deyib.

Onun sözlərinə görə, Aİ-dən olan bir çox müşahidəçilərdə möhürləmə prosesi sual doğurub. "Müşahidəçilər hesab edirlər ki, "bu, ötən əsrdir". Lakin mənim fikrimcə, bu, müzakirəli məsələdir", - o deyib.

Vlasovun fikrincə, daha bir müsbət amil və maraqlı təşəbbüs 25 mindən çox adamın iştirak etdiyi elektron səsvermədir.

Azərbaycanda elektron səsvermə ilk dəfə olaraq keçirilib və sınaq addımı olub. Həmin səsvermədə 25 442 seçici iştriak edib.

Vlasov beynəlxalq missiyanın seçkilərin gedişini müşahidə etməsi məsələsinə toxunub. "Təəssüflər olsun ki, belə təəssürat oyanır ki, müşahidə missiyasının işi yarış prosesinə çevrilir, ona görə də müstəqil müşahidəçilərin rolunu artımaq vacibdir", - Vlasov deyib.

Onun sözlərinə görə, müxtəlif müşahidə institutlarının mövqeyinin yaxınlaşdırılması üzərində işləmək və ümumi meyarlar yaratmaq lazımdır.

Xəbər lenti

Xəbər lenti