...

Gürcüstan hökuməti və müxalifəti arasında danışıqlar ticarət xarakteri daşıyır – Nino Burcanadze

Siyasət Materials 11 Noyabr 2010 13:15 (UTC +04:00)
Ölkənin hazırkı rəhbərliyi ilə dialoqlar aparmağın heç bir mənası yoxdur. Bu barədə "Vahid Gürcüstanın demokrtaik hərəkatı" partiyasının lideri Nino Burcanadze Gürcüstanın "Rezonanslar" qəzetinə bildirib.
Gürcüstan hökuməti və müxalifəti arasında danışıqlar ticarət xarakteri daşıyır – Nino Burcanadze

Gürcüstan, Tbilisi, 11 noyabr /Trend, müxbir N. Kirsxaliya/

Ölkənin hazırkı rəhbərliyi ilə dialoqlar aparmağın heç bir mənası yoxdur. Bu barədə "Vahid Gürcüstanın demokrtaik hərəkatı" partiyasının lideri Nino Burcanadze Gürcüstanın "Rezonanslar" qəzetinə bildirib.

O, Gürcüstan parlamentinin sədri David Bakradze ilə 13 müxalifət partiyasının danışıqlarının ilk görüşünün yekunlarını belə şərh edib.

Görüş iştirakçıları danışıqlardan razı qaldıqlarını bildiriblər və bəyan ediblər ki, bazar ertəsindən Seçki Məcəlləsinin yeni layihəsinin hazırlanmasına başlayacaq işçi qrupunun formatı müəyyən olunub.

"Siyasətdə uzun müddət olmalarına baxmayaraq, bəzi müxalifətçilər keçmişdəki səhvlərindən nəticə çıxara bilməyiblər. Qoy indi danışıqlar masasına otursunlar və hakimiyyətin nə vaxt ikinci dərəcəli dəyişikliklər edəcəyini gözləsinlər. Bu danışıqlar artıq ticarət xarakteri alıb", Burcanadze deyib.

Xəbər lenti

Xəbər lenti