...

Azərbaycanın BMT yanında Daimi Nümayəndəsi Beliz XİN başıçısı ilə görüşüb

Siyasət Materials 16 Noyabr 2010 05:41 (UTC +04:00)
Azərbaycanın BMT yanında Daimi Nümayəndəsi, Səfir Aqşin Mehdiyev 13-16 noyabr 2010-cu il tarixində Belizə etdiyi səfər çərçivəsində bazar ertəsi ölkənin Xarici İşlər və Xarici Ticarət Naziri Vilfred Elrinqton ilə ikitərəfli görüş keçirib.
Azərbaycanın BMT yanında Daimi Nümayəndəsi Beliz XİN başıçısı ilə görüşüb

Azərbaycan, Bakı, 16 noyabr /Trend/

Azərbaycanın BMT yanında Daimi Nümayəndəsi, Səfir Aqşin Mehdiyev 13-16 noyabr 2010-cu il tarixində Belizə etdiyi səfər çərçivəsində bazar ertəsi ölkənin Xarici İşlər və Xarici Ticarət Naziri Vilfred Elrinqton ilə ikitərəfli görüş keçirib. Bu barədə Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyindən Trend-ə daxil olmuş məlumatda deyilir.

Görüşdə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi yolları və ölkələrimizin maraq göstərdiyi bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri, əməkdaşlığın müqavilə hüquq bazasının təkmilləşdirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Mehdiyev Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq, qonşu ölkənin təcavüzü nəticəsində Azərbaycan ərazilərinin işğal edilməsi faktı ilə bağlı ətraflı məlumat vermiş və münaqişəyə dair ölkəmizin mövqeyini həmsöhbətin diqqətinə çatdırmışdır.

Həmçinin görüş zamanı iki ölkənin üzv olduğu beynəlxalq təşkilatlarda qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılmış və bu istiqamətdə məsləhətləşmələrin davam etdirilməsi zəruriliyi vurğulanmışdır.
 
İki ölkə arasında siyasi, hüquqi, iqtisadi, texniki, təhsil və mədəniyyət sahələrində ikitərəfli əməkdaşlığın mümkünlüyü məsələsini müzakirə etmək üçün yüksək səviyyədə daimi əsasda görüşlərin keçirilməsi vacibliyi hər iki tərəfdən xüsusilə qeyd olunmuşdur.

Xəbər lenti

Xəbər lenti