...

Gürcüstan hökuməti Kutaisiyə köçəcək - Prezident Saakaşvili

Siyasət Materials 16 Noyabr 2010 17:15 (UTC +04:00)
Gürcüstan Prezidenti Mixail Saakaşvili çərşənbə axşamı Kutaisidə Hökumət evinin tikintisinin təməlqoyma mərasimində iştirak edib.
Gürcüstan hökuməti Kutaisiyə köçəcək - Prezident Saakaşvili

Gürcüstan, Tbilisi, 16 noyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Prezidenti Mixail Saakaşvili çərşənbə axşamı Kutaisidə Hökumət evinin tikintisinin təməlqoyma mərasimində iştirak edib. Onun sözlərinə görə, hökumət bir ildən sonra bu binaya köçəcək.

"Biz Kutaisini Gürcüstanın ikinci paytaxtı edəcəyik, - Prezident Kutaisidə opera teatrı binasının açılışında bildirib. - Bura demək olar ki, Gürcüstanın coğrafi mərkəzidir, həm də inkişaf dənizə doğru gedir".

Prezident qeyd edib ki, Tbilisinin "yükdən azad olunması" təşəbbüsü ilə şəhərin meri Qiqi Uqulava çıxış edib. Bundan əvvəl Kutaisiyə yalnız ölkə parlamentinin köçəcəyi gözlənilirdi.

Saakaşvili hesab edir ki, parlament Kutaisidə yerləşməlidir, çünki buraya ölkənin hər yerindən gəlmək asandır.

Kutaisi Qərbi Gürcüstanda Rioni çayının hər iki sahilində dəniz səviyyəsindən 125-300 metr yüksəklikdə yerləşir. Onu Tbilisi ilə 220 kilometrlik dəmir yolu birləşdirir.

Saakaşvilinin sözlərinə görə, Qərbi Gürcüstanda həm infrastruktur, həm də turizm mühiti yaradılır.

"Satapliya qoruğundakı bu [stalaktit və stalaqmitlərlə] mağaralar, Abaşadakı tarixəqədərki kanyon, Vanidəki qazıntılar və bir çox digər yerlər", - Prezident bildirib.

Saakaşvili bildirib ki, tezliklə Kopitnari aeroportu da bərpa olunacaq. Gündə burada altı xarici reys həyata keçiriləcək.

Aeroport 2008-ci il münaqişəsi zamanı bombardmana məruz qalıb və uçuş-eniş zolağı bir neçə yerdən cüzi zədələnib.

Saakaşvili qeyd edib ki, Gürcüstan hökuməti "qızılgül inqibından" sonra yeniliklər axtarmayan əvvəlki hökumətdən kəskin fərqlənir. Prezidentin sözlərinə görə, yeni hökumət əsasən altı prinsip üzərində formalaşıb - o, böyük olmayan, çevik, korrupsiyaya qurşanmamış, innovasiyalı, hərəkətli və qloballaşmağa meyillidir.

"Bizim əsas iddiamız Dünya Bankının tanıdığı islahatçılar sırasında birinci olmaqdır", - Saakaşvili qedy edib.

Ötən il ərzində Gürcüstan biznesin qurulması şərtlərinin sadəliyi üzrə 174 ölkə arasında 13-cü yerdən 12-yə yüksəlib.

"Biz biznesin aparılması şərtləri üzrə ölkələr onluğuna, eləcə də korrupsiyaya qurşanmamış ölkələr iyirmiliyinə daxil olmaq istəyirik", - Prezident deyib və prioritet məqsədlər arasında ekologiya, elektrik enerjisinin istehsalı və təhsil sahələrini qeyd edib.

Xəbər lenti

Xəbər lenti