Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir K.Zərbalıyeva/
Xəzəryanı ölkələrin dövlət başçılarının noyabrın 18-də keçiriləcək sammiti ilə əlaqədar Bakı şəhərinin bəzi prospekt və küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə çərşənbə günü Trend-ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Cəmşid Hənifəyev məlumat verib.
Noyabrın 18-də Bakıda Xəzəryanı ölkələrin dövlət başçılarının sammiti keçiriləcək. Sammitdə Xəzəryanı ölkələrin hamısının - Rusiya, İran, Türkmənistan, Qazaxıstan və Azərbaycan - prezidentlərinin iştirakı təsdiqlənib. Bakı sammitində Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında sazişin imzalanacağı gözlənilir.
Hənifəyev bildirib ki, sammitlə bağlı şəhərin Heydər Əliyev, Neftçilər və Parlament prospektlərində, Həsən Əliyev küçəsi, "Gənclik" metrostansiyası istiqamətində avtomobilin hərəkəti məhdudlaşdırılacaq.
BDYPİ sürücülərdən imkan daxilində alternativ yollardan istifadə etməyi xahiş edir.