...

Azərbaycan MSK bəzi seçki dairələrində pozuntu faktlarını təsdiq etməyib

Siyasət Materials 18 Noyabr 2010 19:10 (UTC +04:00)
Azərbaycan Mərkəzi Seçki Komissiyasının cümə axşamı keçirilən iclasında bəzi seçki komissiyalarında parlament seçkilərinin nəticələrinin ləğv olunması barədə müraciətlərə baxılıb.
Azərbaycan MSK bəzi seçki dairələrində pozuntu faktlarını təsdiq etməyib

Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir М.Əliyev/

Azərbaycan Mərkəzi Seçki Komissiyasının cümə axşamı keçirilən iclasında bəzi seçki komissiyalarında parlament seçkilərinin nəticələrinin ləğv olunması barədə müraciətlərə baxılıb.

"19 saylı Nərimanov birinci seçki dairəsində baş vermiş qanun pozuntuları ilə bağlı MSK ətraflı araşdırmalar aparıb", - bu barədə MSK katibi Natiq Məmmədov deyib. Onun sözlərinə görə, bu dairənin seçki məntəqələrinə cəlb olunan bir sıra müşahidəçilər araşdırmaya cəlb olunublar və heç bir pozuntu faktı aşkar etməyiblər.

MSK katibi qeyd edib ki, müraciət edən şəxs saxta faktlarla MSK üzvlərini çaşdırmaq istəyib. Bundan əlavə, Natiq Məmmədov deyib ki, daxil olan müraciətlərin araşdırılması üçün 81 saylı Beyləqan seçki dairəsində seçicilərin bütün səsləri yenidən hesablanıb və rəsmi göstəricilərlə uyğunsuzluq aşkar olunmayıb. Hər iki müraciət təsdiqini tapmayıb.

Azərbaycanda noyabrın 7-də parlament seçkiləri keçirilib.

Səsvermədə seçicilərin 50,14 faizi (2480205 seçici) iştirak edib. Seçkilərdə 690 namizəd mandat almaq uğrunda mübarizə aparıb. MSK seçkilərin ilkin nəticələrini açıqlayıb.

Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib.

Xəbər lenti

Xəbər lenti