...

BMT Azərbaycanın irəli sürdüyü itkin düşmüş şəxslərə dair qətnamə layihəsini qəbul edib

Siyasət Materials 19 Noyabr 2010 09:43 (UTC +04:00)
Cümə axşamı BMT-nin Sosial, mədəni və humanitar məsələlər üzrə Komitəsinin (3-cü Komitə) iclasında Azərbaycanın ənənəvi olaraq irəli sürdüyü “İtkin düşmüş şəxslər” adlı qətnamə layihəsi konsensusla qəbul edilmişdir.
BMT Azərbaycanın irəli sürdüyü itkin düşmüş şəxslərə dair qətnamə layihəsini qəbul edib

Azərbaycan, Bakı, 19 noyabr /Trend/

Cümə axşamı BMT-nin Sosial, mədəni və humanitar məsələlər üzrə Komitəsinin (3-cü Komitə) iclasında Azərbaycanın ənənəvi olaraq irəli sürdüyü "İtkin düşmüş şəxslər" adlı qətnamə layihəsi konsensusla qəbul edilmişdir. Bu barədə Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyindən Trend-ə cümə günü daxil olmuş məlumatda deyilir.

Qətnaməyə 71 dövlət həmmüəllif kimi qoşulmuşdur.

İtkin düşmüş şəxslər məsələsinin şəffaflıq, məsuliyyətlilik və ictimaiyyətin cəlb olunması və iştirakı ilə bütün ədalətlilik və qanun aliliyi mexanizmlərinə istinadən sülhquruculuq prosesinin tərkib hissəsi kimi ünvanlanması ehtiyacının vurğulanması, münaqişə tərəfləri olan dövlətlərin itkin düşmüş şəxslər fenomeni ilə mübarizə aparılmasında və itkin düşmüş şəxslərin talelərinin müəyyən olunmasında və müvafiq mexanizmlərin, siyasətlərin və qanunların tətbiqində məsuliyyətlərinin tanınması qətnamənin əsas elementlərini təşkil edir.

Qətnamənin BMT Baş Assambleyasının cari ilin dekabr ayında keçiriləcək iclasında yekun təsdiqi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti