...

Yeni Azərbaycan Partiyasının tarixi Azərbaycan xalqına sadiqlik nümunəsidir – Əli Əhmədov (FOTO)

Siyasət Materials 20 Noyabr 2010 14:34 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının 18 illik tarixi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ideyalarına, Azərbaycan xalqına sadiqlik nümunəsidir. Bu barədə partiyanın icraçı katibi Əli Əhmədov YAP-ın yaranmasının 18 illiyinə həsr olunan tədbirdə deyib.
Yeni Azərbaycan Partiyasının tarixi Azərbaycan xalqına sadiqlik nümunəsidir – Əli Əhmədov (FOTO)

RED. əlavəsi: şəkillər əlavə olunub

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir M.Əliyev/

Yeni Azərbaycan Partiyasının (YAP) 18 illik tarixi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ideyalarına, Azərbaycan xalqına sadiqlik nümunəsidir. Bu barədə partiyanın icraçı katibi Əli Əhmədov YAP-ın yaranmasının 18 illiyinə həsr olunan tədbirdə deyib.

Onun sözlərinə görə, keçən əsrin 90-cı illərinin əvvəllərində YAP-ın yaradılması tarixi zərurətdən doğub. Partiyanın yaradılmasından altı ay sonra onun qurucusu ümummilli lider Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldi və onun partiya ilə bağlı ümidləri həyata keçməyə başladı.

Əhmədov Azərbaycanda keçirilən parlament seçkilərində partiyanın 71 üzvünün Azərbaycan Parlamentinin deputatı seçilməsini partiya tarixində növbəti qələbə hesab edir.

Əhmədov qeyd edib ki, bundan sonra da YAP-ın məqsədi Azərbaycan xalqına xidmət, ölkənin beynəlxalq arenada nüfüzunun yüksəldilməsi, ölkə Prezidenti İlham Əliyevin siyasətinin dəstəklənməsi olacaq.

Partiyanın icraçı katibinin sözlərinə görə, partiya sıralarında 500 mindən çox insanın toplaşması onun Azərbaycandakı nüfuzundan xəbər verir.

YAP 1992-ci ilin noyabr ayında təsis edilib və partiyanın ilk sədri Heydər Əliyev seçilib. 1992-ci il dekabrın 18-də Ədliyyə Nazirliyində qeydiyyata alınıb. 1993-cü il oktyabrın 3-də YAP sədri Heydər Əliyev Azərbaycan Prezidenti seçilib. Ümummilli lider 2003-cü ilin dekabrında vəfat etdikdən sonra partiya sədrinin səlahiyyətlərini Prezident İlham Əliyev icra edib. 2005-ci il martında keçirilən YAP-ın III qurultayında hakim partiyanın sədri İlham Əliyev seçilib.

Xəbər lenti

Xəbər lenti