...

"Wikileaks" internet saytında Azərbaycan Prezidentinə aid edilən fikirlər əsassızdır - deputat

Siyasət Materials 30 Noyabr 2010 16:28 (UTC +04:00)
Azərbaycan Parlamentinin deputatı hesab edir ki, "Wikileaks" internet saytında Prezident İlham Əliyevə aid edilən fikirləri əsassız sayır.
"Wikileaks" internet saytında Azərbaycan Prezidentinə aid edilən fikirlər əsassızdır - deputat

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Parlamentinin deputatı hesab edir ki, "Wikileaks" internet saytında Prezident İlham Əliyevə aid edilən fikirləri əsassız sayır.

"Wikileaks" internet saytında deyilən fikirlərin heç bir əsası yoxdur. Digər tərəfdən mən onların səhihliyinə, dəqiqliyinə və mötəbərliyinə inanmıram", - bunu çərşənbə axşamı Trend-ə Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bildirib.

Bu günlərdə "Wikileaks" internet saytında ABŞ rəsmilərinin xarici dövlət başçıları və nümayəndələri ilə keçirdikləri görüşlərin guya "bəzi gizli məqamlarını" əks etdirən materiallar yayılıb. Həmin materiallarda Azərbaycan Respublikası Prezidentinin ABŞ-ın rəsmi nümayəndələri ilə keçirdiyi görüşlə bağlı da bəzi fikir və mülahizələr əks olunub.

Azərbaycan Prezidentinin mətbuat xidmətinin çərşənbə axşamı yaydığı məlumatda "Wikileaks" internet saytında Prezidenti İlham Əliyevə aid edilən fikir və mülahizələrin qətiyyən həqiqəti əks etdirmədiyini və onların heç bir əsası olmadığını açıqlayıb.

Ağamalı deyib ki, bu məlumatlar quraşdırılıb, düşünülmüş və təhrif olunmuş şəkildə hazırlanaraq yayılıb.

"Azərbaycan dövləti kifayət qədər peşəkar dövlət xadimi tərəfindən idarə olunur. Unutmaq olmaz ki, ölkə başçısı beynəlxalq münasibətlər üzrə çox güclü bir biliyə və təcrübəyə malikdir. Bu, onun əsas peşəsidir. Bu baxımdan da Azərbaycan Prezidenti kiminlə harada necə danışdığını çox gözəl bilir. Ölkə Prezidenti hansı dövlət xadimi ilə nəyi danışırsa, orada artıq üçüncü dövlətin məsələsi müzakirə edilə bilməz", - deputat əlavə edib.

Xəbər lenti

Xəbər lenti