...

Azərbaycanın Mədəniyyət naziri İordaniyada bir sıra görüş keçirib

Siyasət Materials 2 Dekabr 2010 00:46 (UTC +04:00)
İordaniyada keçirilən Azərbaycan Mədəniyyət günlərində iştirak etmək məqsədilə ölkədə səfərdə olan Azərbaycanın Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev çərşənbə axşamı İordaniyanın Turizm və Tarixi abidələr naziri Zeyd Qussus ilə görüş keçirmişdir. Bu barədə Azərbaycanın Əmmandakı Səfirliyinin məlumatında bildirilir.
Azərbaycanın Mədəniyyət naziri İordaniyada bir sıra görüş keçirib

Azərbaycan, Bakı, 1 dekabr /Trend/ 

İordaniyada keçirilən Azərbaycan Mədəniyyət günlərində iştirak etmək məqsədilə ölkədə səfərdə olan Azərbaycanın Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev çərşənbə axşamı İordaniyanın Turizm və Tarixi abidələr naziri Zeyd Qussus ilə görüş keçirmişdir. Bu barədə Azərbaycanın Əmmandakı Səfirliyinin məlumatında bildirilir. 

Görüşdə Azərbaycanla İordaniya arasında turizm sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur. Bununla yanaşı, görüşdə Bakı ilə Əmman arasında birbaşa təyyarə reysinin bərpası ilə əlaqədar danışıqların müsbət nəticələnəcəyi ifadə edilmişdir. Qarayev İordaniya turizm şirkətlərini Bakıda keçirilən turizm sərgilərində iştirak etməyə dəvət etmişdir. 

Daha sonra Qarayevin İordaniyanın Mədəniyyət naziri Nəbih Şəqamla görüşü olmuş, görüşdə ölkələrimiz arasında mədəni əlaqələrin hazırkı səviyyəsi, tərəflər arasında 3 illik əməkdaşlıq proqramının işlənib hazırlanması, habelə gələcək layihələr müzakirə edilmişdir. Nazir Qarayev iordaniyalı həmkarını gələn ilin aprel ayında Bakıda keçirilməsi nəzərdə tutulan Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etməyə dəvət etmişdir. Sonra hər iki nazir İordaniya Milli Kitabxanası ilə Axundov adına Milli Kitabxana arasında Anlaşma Memorandumunun imzalanması mərasimində iştirak etmək məqsədilə İordaniyanın Milli Kitabxanasına yola düşmüşlər. İmzalanma mərasimindən sonra Axundov adına Milli Kitabxana tərəfindən İordaniya Milli Kitabxanasının fonduna Azərbaycan mədəniyyətini, irsini, tarixini əks etdirən, habelə erməni terroruna, Qarabağa, Ümummilli lider Heydər Əliyevə həsr olunmuş ərəb, ingilis, Azərbaycan və rus dillərində kitablar hədiyyə edilmişdir. 

Sonra Əbülfəz Qarayev və Azərbaycanın İordaniyadakı fövqəladə və səlahiyyətli səfiri Elman Araslı Kral Divanında İordaniya Haşimilər Kralının müavini (qardaşı), Əmir Haşim Bin əl-Hüseyn tərəfindən (Kral həmin ərəfədə Oman Sultanlığında səfərdə olduğu üçün) qəbul edilmişlər. Görüş zamanı Qarayev Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Kral II Abdullaha ünvanlanmış məktubu Əmir Haşim Bin əl-Hüseynə təqdim etmişdir. Görüşdə Əmir Haşim Kralın iki ölkə arasındakı əməkdaşlığın inkişafında maraqlı olduğunu söyləməklə, İordaniyada keçirilən Azərbaycan Mədəniyyət günlərinin İordaniya-Azərbaycan arasında dostluq və əməkdaşlığın dərin köklərə bağlılığının bariz nümunəsi olduğunu qeyd etmişdir. 

Elə həmin gün axşam İordaniyanın Kral Mədəniyyət Mərkəzində Azərbaycan Mədəniyyət günlərinin açılışına start verilmişdir. İlk öncə Mərkəzin foyesində "Azərbaycan ənənəçilik və müasirlik qovşağında" adlı fotosərginin nümayişi keçirilmişdir. Daha sonra tədbiri giriş sözü ilə açan hər iki ölkənin mədəniyyət nazirləri Azərbaycan-İordaniya münasibətlərinin tarixindən, ölkələrimiz arasındakı mədəni əlaqələrin yüksək səviyyədə olmasından danışmışlar. İordaniyanın Mədəniyyət Nazirliyinin Azərbaycanın Əmmandakı Səfirliyi ilə ciddi əməkdaşlıq etdiyini söyləyən iordaniyalı nazir əlaqələrin inkişafında Araslı başda olmaqla, Səfirliyin böyük rola malik olduğunu məxsusi olaraq vurğulamışdır. Sonra tədbir bədii hissənin başlaması ilə davam etmişdi. Bir saata qədər davam edən konsertdə tamaşaçılara rəqqaslarımızın və incəsənət ustalarımızın ifasında milli rəqsimizin müxtəlif nümunələri, xalq mahnıları, muğamlardan parçalar təqdim edilmişdi. 

Tədbirdə İordaniyada akkreditə olunmuş 20-yə qədər xarici ölkə səfirləri, İordaniya ictimai-siyasi elitasının tanınmış simaları, yerli KİV-lərin nümayəndələri, Azərbaycan diasporasının üzvləri və digər rəsmi və qeyri-rəsmi şəxslər iştirak etmişlər. 

Çərşənbə günü Azərbaycanın Əmmandakı Səfirliyində Əbülfəz Qarayevlə Elman Araslı yerli KİV nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilmişdir. Onlar jurnalistlərin çoxsaylı suallarını cavablandırmışlar.

Yazı Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun layihəsi əsasında hazırlanıb

Layihə ilə bağlı yazılar aşağıdakı linklərdir

http://az.trend.az/news/society/1789601.html

http://az.trend.az/news/politics/1789658.html

http://az.trend.az/news/society/1789485.html

http://az.trend.az/news/society/1789065.html

http://az.trend.az/news/society/1788841.html

http://az.trend.az/news/society/1788636.html

http://az.trend.az/news/society/1787633.html

http://az.trend.az/news/society/1787048.html

http://az.trend.az/news/politics/1786989.html

http://az.trend.az/news/society/1786099.html

http://az.trend.az/news/politics/1786011.html

http://az.trend.az/news/society/1785422.html

http://az.trend.az/news/society/1785378.html

http://az.trend.az/news/politics/1785342.html

http://az.trend.az/news/society/1784463.html

http://az.trend.az/news/society/1784555.html

http://az.trend.az/news/society/1783636.html

http://az.trend.az/news/society/1782698.html

http://az.trend.az/news/society/1780194.html

http://az.trend.az/news/karabakh/1780129.html

http://az.trend.az/news/society/1780114.html

http://az.trend.az/news/politics/1779698.html

http://az.trend.az/capital/energy/1779708.html

http://az.trend.az/news/society/1775315.html

http://az.trend.az/news/karabakh/1771475.html

http://az.trend.az/news/society/1771449.html

http://az.trend.az/news/politics/1771264.html

http://az.trend.az/news/politics/1771281.html

http://az.trend.az/news/society/1770126.html

http://az.trend.az/news/society/1769966.html

http://az.trend.az/news/politics/1768183.html

http://az.trend.az/news/karabakh/1763854.html

http://az.trend.az/news/society/1767513.html

http://az.trend.az/news/society/1767208.html

http://az.trend.az/news/society/diaspora/1766801.html

http://az.trend.az/news/society/diaspora/1764515.html

http://az.trend.az/news/society/diaspora/1764255.html

http://az.trend.az/news/society/diaspora/1763034.html

http://az.trend.az/news/society/diaspora/1763005.html

http://az.trend.az/news/society/diaspora/1762913.html

http://az.trend.az/news/society/diaspora/1761223.html

http://az.trend.az/news/society/diaspora/1760042.html

http://az.trend.az/news/society/diaspora/1759567.html

http://az.trend.az/news/society/diaspora/1760841.html

http://az.trend.az/news/society/diaspora/1751056.html


http://az.trend.az/news/society/diaspora/1753599.html


http://az.trend.az/news/society/diaspora/1755854.html

http://az.trend.az/news/society/diaspora/1757632.html

Xəbər lenti

Xəbər lenti