...

MDB ölkələrinin miqrasiya orqanları vahid məlumat bazası yaradacaqlar

Siyasət Materials 6 Dekabr 2010 17:22 (UTC +04:00)
MDB ölkələrinin miqrasiya orqanları vahid məlumat bazası yaradacaqlar.
MDB ölkələrinin miqrasiya orqanları vahid məlumat bazası yaradacaqlar

MDB ölkələrinin miqrasiya orqanları vahid məlumat bazası yaradacaqlar. Bu barədə jurnalistlərə Rusiyanın Federal Miqrasiya Xidməti direktorunun birinci müavini general-leytenant Mixail Tyurkin bildirib. Məlumatı RİA Novosti yayıb.

"İnformasiya mübadiləsi çox vacibdir, ona görə də bir müddət əvvəl MDB ölkələrindən olan həmkarlarımızla vahid məlumat bazasının yaradılması barədə razılığa gəlmişik. Konsepsiya və texniki tapşırıqlar var, ona görə də təcrübi işə başlamaq olar", - qanunsuz miqrasiyanın qarşısının alınması məsələləri üzrə Rusiya və Tacikistanın xarici işlər nazirlərinin birgə kollegiya iclasında iştirak edən Tyurkin deyib.

Onun sözlərinə görə, bir neçə il ərzində bu ehtiyatı formalaşdırmaq tamamilə realdır.

Xəbər lenti

Xəbər lenti