Azərbaycan, Bakı, 6 dekabr /Trend/
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Macarıstanın ölkəmizə yeni təyin olunmuş səfiri Yolt Çutoranın etimadnaməsinin surətini qəbul edib. Bu barədə XİN-in mətbuat xidmətinin məlumatında deyilir.
Çutora Azərbaycana səfir təyin olunmasından məmnunluğunu ifadə edərək, iki ölkə arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu qeyd edib və əlaqələrin dərinləşməsi istiqamətində çalışacağını bildirib.
Məmmədyarov səfir təyin olunması münasibətilə macarıstanlı diplomatı təbrik edib və işlərində müvəffəqiyyətlər arzulayıb.