...

Gürcüstan Prezidenti dünya liderlərinə özünün sülh təşəbbüsləri ilə bağlı rəsmi məktub göndərib

Siyasət Materials 7 Dekabr 2010 14:38 (UTC +04:00)
Gürcüstan Prezidenti dünya liderlərinə özünün sülh təşəbbüsləri ilə bağlı rəsmi məktub göndərib. Bu barədə bügünki brifinqdə prezidentin press-spikeri Manana Mancqaladze bildirib.
Gürcüstan Prezidenti dünya liderlərinə özünün sülh təşəbbüsləri ilə bağlı rəsmi məktub göndərib

Gürcüstan, Tbilisi, 7 dekabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Prezidenti dünya liderlərinə özünün sülh təşəbbüsləri ilə bağlı rəsmi məktub göndərib. Bu barədə bügünki brifinqdə prezidentin press-spikeri Manana Mancqaladze bildirib.

"Bir neçə gün əvvəl Prezident BMT-nin baş katibinə, ATƏT və Aİ rəhbərlərinə, NATO-nun baş katibinə, ABŞ Prezidentinə, Avropa Komissiyasının prezidentinə rəsmi məktub göndərib", - o, bildirib.

Press-spiker qeyd edib ki, məktublarda Saakaşvili Gürcüstandakı münaqişələrin nizamlanması üzrə özünün konkret sülh təkliflərini növbəti dəfə ifadə edib. "Prezident bir daha təsdiqləyib ki, ərazi bütövlüyünün bərpası üçün güc tətbiq etməyəcək. O, bu barədə ATƏT sammitində də, Avropa Parlamenti qarşısında çıxışı zamanı da danışıb", - Mancqaladze bildirib.

Xəbər lenti

Xəbər lenti