...

İsveçrədə Ümummilli Lider Heydər Əliyevin anım mərasimi keçirilib

Siyasət Materials 12 Dekabr 2010 21:06 (UTC +04:00)
12 dekabr 2010-cu il tarixində İsveçrə Konfederasiyasında Ümummilli Lider Heydər Əliyevin vəfatının yeddinci ildönümü ilə bağlı anım mərasimi keçirilib. Bu barədə səfirliyin məlumatında deyilir.
İsveçrədə Ümummilli Lider Heydər Əliyevin anım mərasimi keçirilib

Azərbaycan, Bakı, 12 dekabr /Trend/

12 dekabr 2010-cu il tarixində İsveçrə Konfederasiyasında Ümummilli Lider Heydər Əliyevin vəfatının yeddinci ildönümü ilə bağlı anım mərasimi keçirilib. Bu barədə səfirliyin məlumatında deyilir.

İlk öncə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilmiş və Ümummilli Liderin büstü önünə tər çiçəklər qoyulmuşdur.

Tədbirdə Səfir, Daimi Nümayəndə Murad Nəcəfbəyli çıxış edərək, müasir Azərbaycanın qurucusu və memarı, Türk dünyasının böyük şəxsiyyəti Ulu Öndərin həyat və fəaliyyətindən danışmış, Ümummilli Liderin nadir xüsusiyyətləri barədə məlumat vermiş, Ulu Öndərin milli dəyərlərimizə əsaslanan siyasi kursunun müasir Azərbaycan dövlətinin dünya ölkələri arasında layiqli yer tutmasına səbəb olduğunu qeyd etmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ümummilli Liderimizin siyasi kursunun layiqli davamçısı olduğunu vurğulamış və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin siyasi, sosial-iqtisadi, mədəni, hərbi və enerji sahələrində yeni nəzərə çarpan tərəqqi əldə etdiyini bildirmişdir.

Xəbər lenti

Xəbər lenti