...

Azərbaycan və Türkiyə ikitərəfli qaydada viza rejiminin ləğvi barədə saziş imzalayacaqlar – qəzet

Siyasət Materials 15 Dekabr 2010 11:59 (UTC +04:00)
2011-ci ilin yanvarında Azərbaycan və Türkiyənin ikitərəfli qaydada viza rejiminin ləğvi barədə saziş imzalayacağı gözlənilir.
Azərbaycan və Türkiyə ikitərəfli qaydada viza rejiminin ləğvi barədə saziş imzalayacaqlar – qəzet

2011-ci ilin yanvarında Azərbaycan və Türkiyənin ikitərəfli qaydada viza rejiminin ləğvi barədə saziş imzalayacağı gözlənilir. Bu barədə çərşənbə günü Türkiyənin "Axşam" qəzeti yazır.

Ümumilikdə, iki ölkənin xarici işlər, daxili işlər, ticarət, sənaye, nəqliyyat, ekologiya, səhiyyə və müdafiə nazirlərinin 20-yə yaxın saziş imzalayacaqları gözlənilir.

Bir müddət əvvəl Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirmişdi ki, Azərbaycanla Türkiyə arasında viza rejiminin ləğv olunması üzrə iş gedir. Onun sözlərinə görə, bəzi bürokratik problemlər mövcuddur, onlar aradan qaldırıldıqdan sonra müvafiq saziş imzalanacaq.

Bundan başqa, türk qəzetinni yazdığına görə, 2011-ci ilin martında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş nazir Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə iki ölkə nazirlərinin görüşü gözlənilir.

Sentyabrda İstanbulda İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın görüşündən sonra "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında yüksək səviyyədə Strateji Əməkdaşlıq Şurasının yaradılması haqda birgə bəyannamə" imzalanıb.

Xəbər lenti

Xəbər lenti