...

Azərbaycan ədliyyə naziri yeni təyin olunmuş məhkəmə sədrləri ilə görüşüb

Siyasət Materials 20 Dekabr 2010 13:12 (UTC +04:00)
Görüşdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə dövlət başçısının rəhbərliyi ilə aparılan islahatların, o cümlədən cari ildə yeni regional ağır cinayətlər və inzibati-iqtisadi məhkəmələrin yaradılmasının, hərbi məhkəmə sisteminin təkmilləşdirilməsinin məhkəmə fəaliyyətinin inkişafında rolu qeyd edilib, həmin məhkəmələrin fəaliyyətlərinin günün tələbləri səviyyəsində qurulması üçün təşkilati tədbirlər nəzərdən keçirilib.
Azərbaycan ədliyyə naziri yeni təyin olunmuş məhkəmə sədrləri ilə görüşüb

Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov yeni təyin olunmuş məhkəmə sədrləri ilə görüşüb.

Nazirliyin mətbuat xidmətinin yaydığı məlumata görə, görüşdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə dövlət başçısının rəhbərliyi ilə aparılan islahatların, o cümlədən cari ildə yeni regional ağır cinayətlər və inzibati-iqtisadi məhkəmələrin yaradılmasının, hərbi məhkəmə sisteminin təkmilləşdirilməsinin məhkəmə fəaliyyətinin inkişafında rolu qeyd edilib, həmin məhkəmələrin fəaliyyətlərinin günün tələbləri səviyyəsində qurulması üçün təşkilati tədbirlər nəzərdən keçirilib.

İclasda insan haqlarının etibarlı təmin olunmasında yeni məhkəmələrin üzərinə düşən mühüm vəzifələr, bu sahədə məhkəmə sədrlərinin yüksək məsuliyyəti qeyd edilib, vətəndaşların haqlı narazılığına səbəb olan nöqsan və çatışmazlıqların qətiyyətlə aradan qaldırılmasının zəruriliyi vurğulanıb, konkret tapşırıqlar müəyyən edilib.

Yeni təyin olunmuş məhkəmə sədrləri mövcud nöqsanların aradan qaldırılması üçün əzmkarlıqla çalışacaqlarını, ədalət mühakiməsini həyata keçirərkən qanunun aliliyini və hakimin yüksək adını daim uca tutacaqlarını bildiriblər.

Görüşdə Ali Məhkəmənin sədri Ramiz Rzayev də iştirak edib.

Prezident İlham Əliyevin 13 dekabr 2010-cu il tarixli sərəncamı ilə yeni yaradılmış regional ağır cinayətlər, inzibati-iqtisadi və həmçinin bəzi digər məhkəmələrin sədrləri təyin olunub.

Yeni məhkəmələr 2011-ci il yanvar ayının 1-dən fəaliyyətə başlayacaq.

Xəbər lenti

Xəbər lenti