...

Belarus gələn il Azərbaycanla daha fəal əməkdaşlıq edəcək – səfir

Siyasət Materials 23 Dekabr 2010 14:03 (UTC +04:00)
Gələn il Belarus Azərbaycanla əməkdaşlığı daha da fəallaşdıracaq. Bu barədə Trend-ə cümə axşamı Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç bildirib.
Belarus gələn il Azərbaycanla daha fəal əməkdaşlıq edəcək – səfir

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir T.Konyayeva/

Gələn il Belarus Azərbaycanla əməkdaşlığı daha da fəallaşdıracaq. Bu barədə Trend-ə cümə axşamı Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç bildirib.

Diplomat deyib ki, bu məqsədlə Belarus hökumətinin baş nazir və ya baş nazirin müavini səviyyəsində nümayəndə heyətinin Bakıya səfəri gözlənilir.

"Ötən il dolğun oldu. Məsələ Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri zamanı səkkiz sazişin imzalanmasında deyil, iki ölkənin əməkdaşlığının əsas istiqamətlərinin müəyyən edilməsindədir", - səfir bildirib.

Belarus Prezidenti Aleksandr Lukaşenko 2010-cu ilin iyununda Azərbaycana səfər edib.

Diplomat humanitar sahədə iki ölkənin əməkdaşlığında irəliləyişi ilin vacib xüsusiyyətlərindən biri adlandırıb. Onun sözlərinə görə, bir çox sahələrdə hər iki ölkənin nümayəndə heyətinin səfərlərinin sayı artıb.

Belarusun Azərbaycandakı səfirliyi Belarusda döyüşən Böyük Vətən Müharibəsi iştirakçılarının mükafatlandırılması istiqamətində də fəal iş aparır.

Bu gün səfirlikdə jurnalistlərin iştirakı ilə Belarusun faşist işğalçılardan azad olunmasında iştirak edən Böyük Vətən Müharibəsinin altı azərbaycanlı veteranı mükafatlandırılıb.

İki il ərzində səfirlik Belarusun azadlığı uğrunda döyüşən 300 azərbaycanlı veteranı üzə çıxarıb və onları mükafatlandırıb.

Xəbər lenti

Xəbər lenti