...

Azərbaycan və İordaniya arasındakı dostluq münasibətlər xalqlararası dostluğa çevrilib - konsul (FOTO)

Siyasət Materials 3 Yanvar 2011 10:09 (UTC +04:00)
30 dekabr 2010-cu il tarixində İordaniyanın paytaxtı Əmman şəhərində Azərbaycanın İordaniyadakı Səfirliyinin və İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik günü qeyd edilmişdir, məlumati Azərbaycanın İordaniyadakı səfirliyi yaydı.
Azərbaycan və İordaniya arasındakı dostluq münasibətlər xalqlararası dostluğa çevrilib - konsul (FOTO)

Azərbaycan, Bakı, 31 dekabr / Trend /

30 dekabr 2010-cu il tarixində İordaniyanın paytaxtı Əmman şəhərində Azərbaycanın İordaniyadakı Səfirliyinin və İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik günü qeyd edilmişdir, məlumati Azərbaycanın İordaniyadakı səfirliyi yaydı.

Mərasimdə İordaniyada daimi və müvəqqəti yaşayan Azərbaycan icmasının üzvləri, İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin fəallları və Azərbaycanın İordaniyadakı Səfirliyinin əməkdaşları iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan Səfirliyin birinci katibi Murtuzov bu əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edib, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi barədə danışıb. Sonra İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin katibi Hamşavi, Səfirliyin konsulu Abdullayev çıxış edərək iki ölkə arasında olan yüksək səviyyəli münasibətlərdən bəhs etmiş, ölkələrarası dostluq münasibətlərinin xalqlararası dostluğa çevrildiyini vurğulamışdır.

Tədbir iştirakçılarına Azərbaycan mədəni irsinin təbliğində mühüm rol oynayan "İrs" jurnalı və Musayevin "Beynəlxalq Ədalət Məhkəməsinin Kosova və Dağlıq Qarabağla bağlı məsləhətçi rəyləri-Müqayisəli analiz" adlı kitabı paylanılmış, İordaniyada keçirilmiş Azərbaycan Mədəniyyəti Günlərinə həsr edilmiş film nümayiş etdirilmişdir.

Xəbər lenti

Xəbər lenti