...

Aştianinin bəyanatı bir çox suallar doğurur – Almaniya XİN-in nümayəndəsi

Siyasət Materials 6 Yanvar 2011 09:00 (UTC +04:00)
Səkinə Məhəmmədi Aştianinin bəyanatı bir çox suallar doğurur. Bunu Almaniyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Markus Hatselman deyib.
Aştianinin bəyanatı bir çox suallar doğurur – Almaniya XİN-in nümayəndəsi

Azərbaycan, Bakı, 5 yanvar /Trend, müxbir Т.Konyayeva/

Səkinə Məhəmmədi Aştianinin bəyanatı bir çox suallar doğurur. Bunu Almaniyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Markus Hatselman deyib.

"Aştianinin dedikləri bir çox suallar doğurur, - bu barədə Trend-ə telefonla Hatselman deyib. - Lakin bizim əsas vəzifəmiz iki alman jurnalistin tezliklə vətənə qayıtması olaraq qalır".

İranda daşqalaq yolu ilə ölümə məhkum edilmiş Səkinə Məhəmmədi Aştiani onun oğlundan müsahibə götürmək cəhdinə görə məhkum olunan iki alman jurnalistini məhkəməyə verəcək. Bu barədə ötən həftənin sonunda İran KİV-ə istinadən "Frans Press" agentliyi məlumat verib.

Almaniyanın "Bild am Sonntag" jurnalının İrana turist kimi gələn iki jurnalisti 2010-cu ilin oktyabrında həbs olunub və bu günə qədər həbsdədir. İran Baş Prokurorluğunun məlumatlarına əsasən, onlar "qeyri-qanuni jurnalistika fəaliyyəti və əcnəbi inqilabi hərəkatla" əlaqədə olduqlarını etiraf ediblər.

Aştianinin sözlərinə görə, iki jurnalistlə yanaşı o, keçmiş vəkili Məhəmməd Mustafayini, "Daşqalaq əleyhinə beynəlxalq komitənin" fəalı Mina Əhədini və qətldə əli olan əri İsanı "yalan məlumatlara" görə məhkəməyə verməyə hazırlaşır.

İran məhkəməsi iki uşaq anası, 43 yaşlı Səkinə Məhəmmədi Aştianini ilk dəfə 2006-cı ildə ailə sədaqətini pozmaqda ittiham edib və ona 99 çubuq cəzası verib. Hökmün yerinə yetirilməsinə baxmayaraq, 2007-ci ildə məhkəmə yenidən cinayət işi qaldırıb və Aştianini daşqalaq yolu ilə ölüm cəzasına məhkum edib.

Şəriət normalarına əsasən (islamın müsəlmanlar üçün hüquqi, mənəvi-etik və dini normalar toplusu), ailə sədaqətsizliyində ifşa olunan nikahda olan İran vətəndaşı daşqalaq yolu ilə edam edilir.

Ötən ilin sentyabrının sonlarında İranın baş prokuroru Qulam Hüseyn Möhsüni-Ejeyi deyib ki, Aştiani cinayət törətdiyinə görə dar ağacından asılmaqla ölüm cəzasına məhkum edilib və bu hökm sədaqətsizliyə görə çıxarılan hökmdən daha üstündür.

Məhəmmədi Aştiani ilə bağlı hökm Qərbdə qızğın etirazlara səbəb olub və İran hakimiyyəti 2010-cu ilin iyulunda ölüm hökmünü ləğv edib. İranlı qadını dəstəkləmək üçün bir sıra məşhur ictimai xadimlər çıxış ediblər. Hazırda İranın Ali Məhkəməsində onun işinə baxılır.

Xəbər lenti

Xəbər lenti