...

Bosniya və Herseqovinanın xarici işlər naziri Azərbaycan Diplomatik Akademiyasında olub

Siyasət Materials 13 Yanvar 2011 17:53 (UTC +04:00)
Azərbaycana səfəri çərçivəsində Bosniya və Herseqovinanın xarici işlər naziri Sven Alkalay Azərbaycan Diplomatik Akademiyasında xarici işlər nazirinin müavini, Diplomatik Akademiyanın rektoru Hafiz Paşayev və ADA-nın professor-müəllim heyəti ilə görüşüb.
Bosniya və Herseqovinanın xarici işlər naziri Azərbaycan Diplomatik Akademiyasında olub

Azərbaycan, Bakı, 13 yanvar /Trend/

Bosniya və Herseqovinanın xarici işlər naziri Sven Alkalay Azərbaycan Diplomatik Akademiyasının (ADA) fəaliyyəti ilə tanış olub.

Azərbaycana səfəri çərçivəsində Bosniya və Herseqovinanın xarici işlər naziri Sven Alkalay Azərbaycan Diplomatik Akademiyasında xarici işlər nazirinin müavini, Diplomatik Akademiyanın rektoru Hafiz Paşayev və ADA-nın professor-müəllim heyəti ilə görüşüb.

Görüş zamanı Paşayev qonağa ADA-da aparılan tədris və gələcək inkişaf planları barədə məlumat verib.

Hafiz Paşayev qeyd edib ki, keçən il akademiya tələbələri Çex Respublikası, Gürcüstan və İrana səfər ediblər və istəyirlər ki, Bosnia və Herseqovina ilə də tələbə mübadiləsi həyata keçirilsin.

Bosniya və Herseqovinanın xarici işlər naziri ADA-da təhsilin müasir dövrün tələblərinə uyğun qurulduğunu, garşıda duran planların isə təqdirəlayiq olduğunu qeyd edib.

O, akademiya ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirib.

Xəbər lenti

Xəbər lenti