...

Azərbaycan Prezidenti Belçika səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Siyasət Materials 20 Yanvar 2011 15:26 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Belçika Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Filip Jottardı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Azərbaycan Prezidenti Belçika səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Belçika Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Filip Jottardı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyev bu yaxınlarda Belçika Krallığının keçmiş Baş naziri Herman van Rompey ilə görüşünü və Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığı ilə bağlı onunla apardığı müzakirələri xatırlayıb. Ölkələrimiz arasında əlaqələrin gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini bildirən dövlətimizin başçısı Azərbaycan ilə Belçika Krallığı arasında ikitərəfli münasibətlərin möhkəmlənməsinə verdiyi töhfəyə görə səfirə təşəkkürünü bildirib.

Səfir ölkələrimiz arasında həm siyasi, həm də iqtisadi sahədə əlaqələri inkişaf etdirmək üçün böyük potensialın olduğunu vurğulayıb. O, Azərbaycandakı diplomatik fəaliyyəti dövrünün çox maraqlı illərə təsadüf etdiyini deyib.

Xəbər lenti

Xəbər lenti