...

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyəti Mövlud Çavuşoğlu ilə görüşüb

Siyasət Materials 26 Yanvar 2011 19:37 (UTC +04:00)
Azərbaycan AŞ PA-dakı nümayəndə heyəti qurumun sədri Mövlud Çavuşoğlu ilə görüşüb
Azərbaycanın AŞ PA-dakı nümayəndə heyəti Mövlud Çavuşoğlu ilə görüşüb

Fransa, Strasburq, 26 yanvar /Trend, müxbir A. Məhərrəmli/

Azərbaycan AŞ PA-dakı nümayəndə heyəti qurumun sədri Mövlud Çavuşoğlu ilə görüşüb. Bu barədə jurnalistlərə Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidiv məlumat verib.

Millət vəkili bu görüşün təbrik və fikir mübadiləsi görüşü olduğunu qeyd edib.

"Görüşdə Azərbaycan nümayəndə heyəti əsas və əvəzedici heyət olmaqla tam tərkibdə iştirak edib. Bundan başqa, Azərbaycanın AŞ yanındakı daimi nümayəndəsi Arif Məmmədov da bu görüşə qatılıb. Bu görüş Azərbaycanın AŞ-na qəbul olunmasının on illiyi ilə bağlı Azərbaycan nümayəndə heyəti ilə təbrik görüşü olub. AŞ PA sədri Çavuşoğlu bizi bu gözəl tarixi günlə təbrik edib, bizə uğurlar arzulayıb və gələcəkdə Azərbaycanın AŞ-də daha yüksək səviyyədə eşidilməsi haqqında arzularının bildirib. Ən əsas problemimiz - Dağlıq Qarabağ problemi haqqında da danışdıq. Bu münaqişənin həlli istiqamətinə AŞ-nin obyektiv mövqeyinin gələcəkdə də yüksək səviyyədə təmin olunmasına, həm Azərbaycan nümayənədə heyəti, həm də AŞ nümayəndələri tərəfindən dəsətəyin göstəriləcəyinə bizə əmin və vəd edib. Bu bizim üçün vacib və çox əhəmiyyətlidir. Dediyim kimi, bizim üçün əsas problem Azərbaycanın işğal altında olan torpaqlarının qaytarılmasıdır. Görüş təbrik və fikir mübadiləsi görüşü olduğuna görə gələcək planlar müzakirə olunmadı. Bunu işçi görüşlər çərçivəsində müzakirə edəcəyik" - Seyidov deyib.

Xəbər lenti

Xəbər lenti