...

ABŞ-ın Azərbaycana yeni təyin edilən səfiri Metyu Brayza and içib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 28 Yanvar 2011 11:29 (UTC +04:00)
ABŞ-ın Azərbaycana yeni təyin edilən səfiri Metyu Brayza Vaşinqtonda and içib. Bu barədə Trend-ə ABŞ-ın Azərbaycandakı səfirinin mətbuat katibi Kis Bin məlumat verib.
ABŞ-ın Azərbaycana yeni təyin edilən səfiri Metyu Brayza and içib (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər 10:50-də yayılıb )

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir Y.Ostapenko/

ABŞ-ın Azərbaycana yeni təyin edilən səfiri Metyu Brayza Vaşinqtonda and içib. Bu barədə Trend-ə ABŞ-ın Azərbaycandakı səfirinin mətbuat katibi Kis Bin məlumat verib.

Andiçmə mərasimində Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev də iştirak edib.

Binin sözlərinə görə, eyni zamanda, Ağ Ev Metyu Brayzanın namizədliyini yenidən ABŞ Senatına səsvermə üçün göndərib.

Binin sözlərinə görə, bu, o deməkdir ki, Brayza ABŞ Prezidenti Barak Obama tərəfindən təyin olunduğu andan Senatın növbəti sessiyasına qədər (2011-ci ilin dekabrınadək) ABŞ-ın Azərbaycanda səfiri olacaq.

Senat yaxın dinləmədə onun namizədliyini bəyənərsə, Brayza Azərbaycandakı diplomatik missiyaya üç il rəhbərlik edəcək, Bin deyib.

"Səfirin namizədliyi Senata göndərilib, çünki Obama səfirin ənənəvi təyinolunma prosedurunda maraqlıdır", - Bin deyib.

Bundan əvvəl məlumat verildiyi kimi, Brayzanın fevralın ilk günlərində Azərbaycana gəlməsi gözlənilir.

Amerikanın Azərbaycandakı diplomatik nümayəndəliyinin rəhbəri vəzifəsi 2009-cu ilin iyulundan - keçmiş səfir Enn Dersinin səlahiyyət müddəti bitdiyi andan boş qalıb.

Xəbər lenti

Xəbər lenti