...

Fransa Senatının nümayəndə heyəti Bakıya səfər edəcək – səfir

Siyasət Materials 4 Fevral 2011 12:59 (UTC +04:00)
Növbəti həftə Azərbaycan tərəfinin təşəbbüsü ilə senator Natali Qulenin rəhbərlik etdiyi Fransa nümayəndə heyəti Bakıya gələcək. Bu barədə cümə günü Trend-ə Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov deyib.
Fransa Senatının nümayəndə heyəti Bakıya səfər edəcək – səfir

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir S.Ağayeva/

Növbəti həftə Azərbaycan tərəfinin təşəbbüsü ilə senator Natali Qulenin rəhbərlik etdiyi Fransa nümayəndə heyəti Bakıya gələcək. Bu barədə cümə günü Trend-ə Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov deyib.

Səfərin məqsədi iki ölkə arasında parlamentlərarası və digər əməkdaşlıq növlərinin dərinləşdirilməsi imkanlarının müzakirəsidir, diplomat qeyd edib.

Onun sözlərinə görə, mövcud səfərin əsas vəzifəsi Azərbaycan tərəfinin Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi üzrə mövqeyini nümayəndə heyətinin diqqətinə çatdırmaqdır. Danışıqlar zamanı Azərbaycan reallıqlarının çox vaxt Fransada yaşayan çoxsaylı və təcavüzkar ruhlu erməni diasporunun destruktiv təsirinə meylli fransız cəmiyyətinə çatdırılması üçün effektli yollar müzakirə olunacaq, Əmirbəyov bildirib.

Parlamentdə və Xarici İşlər Nazirliyində görüşlər planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti