...

Azərbaycanın Misirdəki səfirliyi bu ölkədə qalan vətəndaşlara yardım göstərməkdə davam edir

Siyasət Materials 4 Fevral 2011 23:59 (UTC +04:00)
Misirdəki qeyri-sabit və təhlükəli vəziyyətə baxmayaraq, Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyi məhdud rejimdə olsa da fəaliyyətini davam etdirir və müəyyən səbəblərə görə hələ də bu ölkədə qalan vətəndaşlara yardım göstərməkdə davam edir.
Azərbaycanın Misirdəki səfirliyi bu ölkədə qalan vətəndaşlara yardım göstərməkdə davam edir

Azərbaycan, Bakı, 4 fevral /Trend/

Misirdəki qeyri-sabit və təhlükəli vəziyyətə baxmayaraq, Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyi məhdud rejimdə olsa da fəaliyyətini davam etdirir və müəyyən səbəblərə görə hələ də bu ölkədə qalan vətəndaşlara yardım göstərməkdə davam edir. Bu barədə Trend-ə Azərbaycan Respublikasının XIN-in mətbuat xidmətindən məlumat veriblər.

Hazırda Misirdən təxliyə olunan Azərbaycan vətəndaşlarının ümumi sayı 163-ə çatıb. Cümə axşamı daha 10 azərbaycanlı Misirdən evakuasiya olunub. Bu barədə Trend-ə Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev deyib.

Onlar İstanbula göndəriliblər və oradan da AZAL-ın Türkiyədəki nümayəndələyinin köməyi ilə Bakıya yola salınacaqlar, səfir deyib.

Azərbaycan Misirdə iğtişaşlar başladıqdan sonra öz vətəndaşlarını bu ölkədən təxliyə edən ilk ölkələrdən olub.

Azərbaycan Prezidentinin tapşırığı ilə ölkənin 103 vətəndaşı Misirdəki iğtişaşlardan sonra AZAL-ın xüsusi reysi ilə Qahirədən evakuasiya olunub. Daha sonra Türkiyənin Misirdəki səfirliyinin köməyi, həmçinin Rusiyanın "Transaero" aviaşirkətinin müxtəlif reysləri ilə bu ölkədən 65 Azərbaycan vətəndaşı təxliyə edilib.

Azərbaycanın Misirdəki səfirliyi bundan sonra da azərbaycanlılara vətənə qayıtmaqda kömək etməyi davam etdirəcək. Hazırda Misirdə olan vətəndaşların qohumlarından əlaqə saxlamaq və təcili olaraq diplomatik missiyanın 0020108112577 "qaynar xətt" nömrəsi ilə əlaqə yaratmaq üçün xəbər verməyi xahiş edir.

Yanvarın 25-dən Misirdə iqtisadi və siyasi islhatların keçirilməsi və hökumətin dəyişilməsini tələb edən ketləvi etiraz aksiyaları keçirilir. İğtişaşlar quldurluq və yanğınlarla müşayiət olunur, qurbanların sayı artıq 160-ı keçib.

Xəbər lenti

Xəbər lenti