...

Azərbaycan xarici işlər nazirinin Ukrayna və Yunanıstana səfər proqramı açıqlanıb

Siyasət Materials 22 Fevral 2011 18:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 fevral /Trend/

Azərbaycan xarici işlər nazirinin Ukrayna və Yunanıstana səfər proqramı açıqlanıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin çərşənbə axşamı yaydığı məlumata görə, fevralın 23-25-də xarici işlər naziri Elmar Məmmədyarovun Ukrayna və Yunanıstana rəsmi səfərləri nəzərdə tutulub.

Ukrayna səfəri çərçivəsində nazir Məmmədyarovun Ukraynanın xarici işlər naziri Konstantin Qrişenko, Baş nazir Nikolay Azarov, Ukrayna Ali Radasının sədri Vladimir Litvin, Ukrayna Prezidenti Viktor Yanukoviçlə görüşləri və GUAM-a üzv olan dövlətlərinin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirakı gözlənilir.

Yunanıstana səfəri zamanı Məmmədyarovun bu ölkənin Baş naziri Corc A.Papandreu, Yunanıstan parlamentinin prezidenti Filippos Petsalnikos və xarici işlər naziri Dimitris P.Drutsas ilə görüşləri planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti