...

Əhəd Abıyev Daşkəsən rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 23 Fevral 2011 19:14 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Əhəd Mikayıl oğlu Abıyevin Daşkəsən rayonu İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.
Əhəd Abıyev Daşkəsən rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib (ƏLAVƏ OLUNUB)

Birinci abzasdan sonra əlavə olunub (İlk xəbər 18:47-də yayılıb)

İlham Əliyev çərşənbə günü Əhəd Mikayıl oğlu Abıyevin Daşkəsən rayonu İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Abıyev Əhəd Mikayıl oğlu 1958-ci il yanvarın 15-də Masallı şəhərində anadan olub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun iqtisadiyyat və planlaşdırma fakültəsini və "Təfəkkür" Universitetinin hüquq fakültəsini bitirib.

1979-cu ildən Bakı şəhərində tikinti-quraşdırma idarəsinin ustası, mənzil-istismar sahəsinin texniki, "Azərittifaq"ın universal bazasının iqtisadçısı olub. 1984-1995-ci illərdə Bakı şəhər İcraiyyə Komitəsində inspektor, iqtisadçı, şöbə müdiri vəzifələrində çalışıb.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Birinci, ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Sonuncu dəfə 2005-ci il noyabrın 6-da 70 saylı Masallı şəhər seçki dairəsindən deputat seçilmişdi. 2010-ci il seçkilərində isə namizədliyini Suraxaı rayonundan verən Əhəd Abıyev mandat qazana biməyib.

Evlidir, 2 övladı var.

Xəbər lenti

Xəbər lenti