...

Azərbaycan və Türkiyənin "beyin mərkəzləri" əməkdaşlıq haqqında memorandum imzalayıblar (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 7 Mart 2011 13:05 (UTC +04:00)
Bazar ertəsi Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ilə Türkiyə XİN yanında Strateji Araşdırmalar Mərkəzi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Azərbaycan və Türkiyənin "beyin mərkəzləri" əməkdaşlıq haqqında memorandum imzalayıblar (ƏLAVƏ OLUNUB) (FOTO)

Fotoşəkillər əlavə olunub (ilk xəbər saat 11:40-da dərc olunub)

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir A.Axundov/

Bazar ertəsi Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ilə Türkiyə XİN yanında Strateji Araşdırmalar Mərkəzi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Memorandumu Azərbaycan tərəfdən SAM rəhbərinin səlahiyyətlərinin müvəqqəti icraçısı Gülşən Paşayeva, Türkiyə tərəfdən isə Mərkəzin rəhbəri, xarici işlər nazirinin müşaviri, professor Bülənd Aras imzalayıb.

Aras bildirib ki, Türkiyə Dağlıq Qarabağ münqişəsinin həll olunması üçün bütün beynəlxalq təşkilatlarda öz nüfuzundan istifadə edəcək.

"Azərbaycan bizim üçün regionda ən vacib ölkədir. Dağlıq Qarabağ münaqişəsi məsələsi Azərbaycan və regionun ölkələri ilə münasibətlərdə ən mühümüdür", - o deyib.

Onun sözlərinə görə, bu məsələ müntəzəm şəkildə İran və Rusiya ilə danışıqların gündəliyinə daxil edilir.

Memorandum iki struktur arasında informasiya mübadiləsini, konfransların, seminarların və digər tədbirlərin keçirilməsini nəzərdə tutur.

Bülənd Arasın başçılıq etdiyi nümayəndə heyəti martın 5-dən 7-dək Bakıda səfərdədir.

Xəbər lenti

Xəbər lenti