...

Azərbaycan XİN rəhbəri Qvatemala, Sloveniya və Paraqvayın yeni səfirlərini qəbul edib

Siyasət Materials 9 Mart 2011 18:42 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qvatemala, Sloveniya və Paraqvayın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirləri Arturo Duarte, Milan Yazbets və Marsial Bobadilla Gileni qəbul edib. Məlumatı XİN-in mətbuat xidməti yayıb.
Azərbaycan XİN rəhbəri Qvatemala, Sloveniya və Paraqvayın yeni səfirlərini qəbul edib

Azərbaycan, Bakı, 9 mart /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qvatemala, Sloveniya və Paraqvayın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirləri Arturo Duarte, Milan Yazbets və Marsial Bobadilla Gileni qəbul edib. Məlumatı XİN-in mətbuat xidməti yayıb.

Etimadnamələrinin surətini təqdim edən diplomatlar Azərbaycana səfir olunduqlarından məmnun qaldıqlarını qeyd ediblər. Ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın vurğulayan qonaqlar ölkələri ilə Azərbaycan arasında əlaqələrin dərinləşməsi istiqamətində çalışacaqlarını bildiriblər.

Öz növbəsində nazir Məmmədyarov ölkəmizə səfir təyin olunmaları münasibətilə diplomatları təbrik edib, işlərində müvəffəqiyyətlər arzulayıb.

Xəbər lenti

Xəbər lenti