...

Azərbaycan və İsveçrə prezidentləri təkbətək görüşüb (FOTO)

Siyasət Materials 14 Mart 2011 14:20 (UTC +04:00)
Martın 14-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti Mişelin Kalmi-Reyin təkbətək görüşü olub
Azərbaycan və İsveçrə prezidentləri təkbətək görüşüb (FOTO)

Şəkillər əlavə olunub (ilk xəbər 12:01-də yayılıb)

Martın 14-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti Mişelin Kalmi-Reyin təkbətək görüşü olub, məlumatı Prezidentin rəsmi saytı yayıb.

Görüşdə Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı. Ölkələrimiz arasında iqtisadi, o cümlədən enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu bildirildi.

Görüşdə Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olundu.

Fotoşəkillər - Azərbaycan Prezidentinin rəsmi intetnet saytı

Xəbər lenti

Xəbər lenti