...

Gənclər və İdman Nazirliyinin əməkdaşı AŞ komitəsinin büro üzvü seçilib

Siyasət Materials 15 Mart 2011 15:14 (UTC +04:00)
Strasburqda Avropa Şurasının Gənclərlə iş üzrə Daimi Komitəsinin iclası keçirilib.
Gənclər və İdman Nazirliyinin əməkdaşı AŞ komitəsinin büro üzvü seçilib

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir K.Zərbalıyeva/

Strasburqda Avropa Şurasının Gənclərlə iş üzrə Daimi Komitəsinin iclası keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, nazirliyin Gənclərlə İş şöbəsinin müdiri Fərhad Hacıyev növbəti iki il üçün bu komitənin büro üzvü seçilib.

Hacıyev bundan öncə Avropa Şurasının Gənclərlə iş üzrə Proqram Komitəsinin sədri kimi fəaliyyət göstərib.

Gənclər və İdman Nazirliyinin Avropa Şurasının müvafiq strukturları ilə münasibətləri artan templə inkişaf edir. Azərbaycanın gənclər təşkilatları müntəzəm olaraq Avropa Şurasının bir sıra proqramlarında, gənclərlə bağlı tədbirlərində daim fəal iştirak edir, Avropa Gənclər Fondu ilə əmkdaşlığı daha da möhkəmləndirirlər.

Avropa Gənclər Fondunun rəsmi məlumatına görə, son 4 ildə Azərbaycanın gənclər təşkilatlarının 114 layihəsi fond tərəfindən maliyyələşdirilib. Bu da Avropa məkanında ən yüksək göstəricidir.

Xəbər lenti

Xəbər lenti