...

Azərbaycanın gənclər və idman naziri Gürcüstana səfər edəcək

Siyasət Materials 18 Mart 2011 14:30 (UTC +04:00)
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov martın 21-də Gürcüstana səfər edəcək.
Azərbaycanın gənclər və idman naziri Gürcüstana səfər edəcək

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov martın 21-də Gürcüstana səfər edəcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, səfərdə məqsəd Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda inşa olunmuş idman mərkəzinin açılışında iştirak etməkdir.

Qeyd olunan tədbirdə Gürcüstan Prezidenti Mixail Saakaşvilinin də iştirakı gözlənilir.

Xəbər lenti

Xəbər lenti