...

Azərbaycandakı Qazaxıstan vətəndaşları prezident seçkilərində səs verə biləcəklər

Siyasət Materials 24 Mart 2011 13:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 mart /Trend, müxbir S.Ağayeva/

Qazaxıstanda prezident seçkiləri günü bu ölkənin Azərbaycanda müvəqqəti yaşayan vətəndaşları Qazaxıstanın Bakıdakı diplomatik missiyası yanında yaradılan seçki məntəqəsində səs verə bilərlər. Bu barədə cümə axşamı Trend-ə Qazaxıstanın Azərbaycandakı səfirliyinin birinci katibi Yerlan Abışev məlumat verib.

Aprelin 3-də Qazaxıstanda prezident seçkiləri keçiriləcək.

Azərbaycan Respublikası ərazisində yaşayan və ya olan Qazaxıstan vətəndaşları Qazaxıstan Respublikasının Azərbaycandakı səfirliyindəki 140 saylı seçki məntəqəsində yerli vaxtla saat 09:00-dan 20:00-dək səs verə bilərlər. Ünvan: Bakı şəhəri, Həsən Əliyev küçəsi, keçid 15, ev 8.

Qazaxıstan vətəndaşlığını təsdiqləyən sənədin olması vacibdir.

Diplomat bildirib ki, Qazaxıstanın Azərbaycandakı səfirliyində bu ölkənin 200-ə yaxın vətəndaşı konsul uçotundadır.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev fevralın əvvəlində "QR-da növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında" sərəncam imzalayıb. Həmin sərəncama əsasən, növbədənkənar prezident seçiləri 2011-ci il aprelin 3-də keçiriləcək.

Respublika rəhbəri postuna dörd nəfər namizəddir: hazırkı dövlət başçısı Nursultan Nazarbayev, kommunist Jambıl Ahmetbekov, vətənpərvərlər partiyasının lideri Qani Kasımov və "Tabiqat" ekeoloji birliyinin lideri Mels Yeleusizov.

Xəbər lenti

Xəbər lenti