Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir T. Cəfərov/
İran sərhəd təhlükəsizliyinin təmini və hava nəzarətinin təkmilləşdirilməsi məqsədilə yaxın gələcəkdə sərhədlərdə yeni hava hücumundan müdafiə (HHM) bazaları yaradacaq. Bunu İran İslam Respublikası Sərhəd Qoşunlarının komandiri, general Hüseyn Zülfüqari deyib. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.
Zülfüqari əlavə edib ki, ötən il ölkə sərhədlərində elektron texnologiyalar quraşdırılıb.
"Ölkə sərhədlərində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə "master-plan" hazırlanıb və yaxın günlərdə təsdiq olunacaq", - Zülfüqari deyib.
O, çərşənbə axşamı təyyarə ilə İran-Azərbaycan sərhədində yerləşən Parsabad və Biləsuvar şəhərlərinin sərhəd zonasına baxış keçirib. Zülfüqarini İran Parlamentinin nümayəndələri, Ərdəbil əyalətinin polis rəisi və Parsabad və Biləsuvar şəhərlərinin icra başçıları müşaiyət ediblər.
İranın Parsabad şəhərinin Azərbaycanla 100 kilometr uzunluğunda sərhədi var.
İran sərhəddə yeni hava hücumundan müdafiə bazaları yaradacaq
İran sərhəd təhlükəsizliyinin təmini və hava nəzarətinin təkmilləşdirilməsi məqsədilə yaxın gələcəkdə sərhədlərdə yeni hava hücumundan müdafiə (HHM) bazaları yaradacaq.
