...

Ermənistan Xankəndi aeroportunun istismarı ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatından məktub alıb

Siyasət Materials 31 Mart 2011 18:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 mart /Trend/

Ermənistan Beynəlxalq Mülki Aviasiya Təşkilatından məktub alıb. Məktubda işğal edilmiş ərazilərdə aeroportun istismarı ilə bağlı Azərbaycanın narahatlığı bildirilir.

Trend-in məlumatına görə, bu məlumatı News.am-a Ermənistan Baş Mülki Aviasiya İdarəsinin mətbuat katibi Nelli Çerçinyan təsdiq edib.

Lakin o, məktubun məzmunu barədə məlumat verməkdən imtina edib. Trend-in məlumatına görə, Çerçinyan "Ermənistan Baş Mülki Aviasiya İdarəsi yuxarıda göstərilən məktuba cavab verməyə hazırlaşırmı" sualına da cavab verməyib.

Xəbər lenti

Xəbər lenti