...

Yunanıstan Prezidenti Karolos Papulyasın rəsmi qarşılanma mərasimi olub (FOTO)

Siyasət Materials 5 Aprel 2011 14:17 (UTC +04:00)
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyasın rəsmi qarşılanma mərasimi olub
Yunanıstan Prezidenti Karolos Papulyasın rəsmi qarşılanma mərasimi olub (FOTO)

Şəkillər əlavə olunub (İlk xəbər 11:44-də yayılıb)

Aprelin 5-də Azərbaycan Respublikasında rəsmi səfərdə olan Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyasın rəsmi qarşılanma mərasimi olub, məlumatı Prezidentin rəsmi saytı yayıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verdi.

Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstan Prezidenti

Karolos Papulyası qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Yunanıstan Prezidentinə raport verdi.

Yunanıstanın və Azərbaycanın dövlət himnləri səsləndi. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Yunanıstan Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Karolos Papulyasa, Yunanıstan nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.
Dövlət başçıları rəsmi foto çəkdirdilər.

Fotoşəkillər - Azərbaycan Prezidentinin rəsmi intetnet saytı

Xəbər lenti

Xəbər lenti