...

Azərbaycan Prezidenti Avropa Şurasının sabiq baş katibini qəbul edib

Siyasət Materials 6 Aprel 2011 17:04 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Avropa Şurasının sabiq baş katibi, Dünya İctimai Forumunun Beynəlxalq Əlaqələndirmə Komitəsinin sədri Valter Şvimmeri qəbul edib.
Azərbaycan Prezidenti Avropa Şurasının sabiq baş katibini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Avropa Şurasının sabiq baş katibi, Dünya İctimai Forumunun Beynəlxalq Əlaqələndirmə Komitəsinin sədri Valter Şvimmeri qəbul edib. Məlumatı Prezidentin rəsmi saytı məlumat yayıb.

Valter Şvimmer Azərbaycanda keçiriləcək Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakından məmnunluq hissi keçirdiyini bildirib. Bakıya hər səfərində böyük quruculuq işlərinin şahidi olduğunu vurğulayan Valter Şvimmer bunu Azərbaycanın davamlı iqtisadi inkişafının göstəricisi kimi dəyərləndirib.

Dünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətinə toxunan dövlətimizin başçısı Forumda çoxlu sayda ölkələri təmsil edən nümayəndələrin iştirakını qeyd edərək, Azərbaycanın çox mötəbər beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrildiyini vurğulayıb. Prezident İlham Əliyev Azərbaycanın iqtisadi sahədə böyük uğurlar qazandığını, bu inkişafın paytaxtı və bütün regionları əhatə etdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti