...

Azərbaycanın müxalifət partiyasının Qadınlar Təşkilatı yaradılır

Siyasət Materials 13 Aprel 2011 13:54 (UTC +04:00)
Azərbaycanın Vətəndaş və İnkişaf Partiyasının (VİP) Qadınlar Təşkilatı yaradılır.
Azərbaycanın müxalifət partiyasının Qadınlar Təşkilatı yaradılır

Azərbaycan, Bakı, 13 aprel /Trend/

Azərbaycanın Vətəndaş və İnkişaf Partiyasının (VİP) Qadınlar Təşkilatı yaradılır.

Partiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, VİP Məclisinin aprelin 10-da keçirilmiş iclasında partiyanın Ağsaqqallar Şurasının (AŞ) və Qadınlar Təşkilatının (QT) formalaşdırılması, eyni zamanda partiyanın Gənclər Təşkilatının (GT) gücləndirilməsi haqqında qərar qəbul edilib.

Bu gün VİP-in mərkəzi qərargahında partiyanın Qadınlar Təşkilatının yaradılmasına həsr olunmuş toplantı keçirilib.

Toplantıda VİP QT-nin formalaşdırılmasının zəruriliyi bir daha vurğulanıb, Təşkilat Komitəsinin (TK) tərkibi müəyyənləşdirilib və qurumun təsis edilməsinə dair tədbirlər təsdiqlənib.

TK-nın üzvləri VİP sədri Əli Əliyevlə görüşərək, QT-nin formalaşdırılması prosesinin sürətləndirilməsi istiqamətində təkliflərini irəli sürüblər, partiyanın qadın kontingentinin bu qurum çərçivəsində təşkilatlanması üçün lazımi addımların atılacağını bildiriblər.

Xəbər lenti

Xəbər lenti