...

Azərbaycanın məcburi köçkünləri Müsavat Partiyasının qərargahı qarşısında piket keçiriblər (FOTO)

Siyasət Materials 14 Aprel 2011 12:30 (UTC +04:00)
Azərbaycanın 50-dən artıq məcburi köçkünü cümə axşamı müxalif Müsavat Partiyasının pozucu fəaliyyətinə etiraz əlaməti olaraq piket keçirib.
Azərbaycanın məcburi köçkünləri Müsavat Partiyasının qərargahı qarşısında piket keçiriblər (FOTO)

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın 50-dən artıq məcburi köçkünü cümə axşamı müxalif Müsavat Partiyasının pozucu fəaliyyətinə etiraz əlaməti olaraq piket keçirib.

Trend-in məlumatına görə, Müsavat Partiyasının qərargahı qarşısında keçirilən piketdə məcburi köçkünlər "Biz qarabağlılar 90-cı illərin əvvəlinə qayıtmaq istəmirik!", "Növbəti xaos planını ingilisdənmi almısınız?", "İsa Qəmbər, Qarabağa gedən yol mitinqlərdən yox, sabitlikdən keçir!" kimi şüarlar səsləndiriblər.

Etiraz aksiyası keçirənlər qətnamə qəbul edərək onu Müsavat Partiyasına təqdim ediblər.

Piket icazəsiz olduğundan polis tərəfindən dağıdılıb.

Müsavat Partiyasının da təmsil olunduğu İctimai Palata aprelin 17-də şəhərin mərkəzində icazəsiz aksiya keçirməyi planlaşdırır.

İctimai Palata bundan öncə bir neçə dəfə icazəsiz aksiya keçirməyə cəhd edib.

Xəbər lenti

Xəbər lenti