...

Azərbaycanda hərbi qanunvericilik aktlarının monitorinqi aparılır - birinci vitse-spiker

Siyasət Materials 18 Aprel 2011 15:05 (UTC +04:00)
Azərbaycanda hərbi qanunvericilik aktlarına dəyişikliklərin edilməsinin zəruriliyini müəyyənləşdirmək məqsədilə monitorinq aparılır.
Azərbaycanda hərbi qanunvericilik aktlarının monitorinqi aparılır - birinci vitse-spiker

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanda hərbi qanunvericilik aktlarına dəyişikliklərin edilməsinin zəruriliyini müəyyənləşdirmək məqsədilə monitorinq aparılır.

"Milli Məclis, Müdafiə Nazirliyi və Azərbaycan Prezidenti Administrasiyası hərbi qanunvericilik aktlarının monitorinqinin aparılması üzrə işçi qrup yaradıblar", - bazar ertəsi jurnalistlərə Parlamentin birinci vitse-spikeri, Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Onun sözlərinə görə, monitorinqin yekunları üzrə hərbi sahəni tənzimləyən hansı qanunlara yenidən baxılmağın, hansı qanunlara əlavə və dəyişikliklərin edilməsinin zəruriliyi ilə bağlı qərar qəbul ediləcək.

Əsgərov onu da bildirib ki, hazırda aidiyyəti qurumlar tərəfindən magistraturaya daxil olan tələbələrə möhlətin verilməsinin mümkünlüyü ilə bağlı müzakirələr aparılır.

Hazırda Azərbaycanda magistraturaya daxil olan bakalavrlar hərbi xidməti keçdikdən sonra bu mərhələdə təhsillərini davam etdirirlər.

Azərbaycanda "Hərbi xidmətə çağırışın əsasları haqqında" qanun 1992-ci ildə qəbul edilib.

Xəbər lenti

Xəbər lenti