...

Azərbaycan və Rumıniya arasında dörd sənəd imzalanıb (FOTO)

Siyasət Materials 19 Aprel 2011 00:32 (UTC +04:00)
Aprelin 18-də Prezident İlham Əliyevin və Prezident Trayan Beseskunun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları başa çatdıqdan sonra Azərbaycan-Rumıniya sənədlərinin imzalanması mərasimi olub
Azərbaycan və Rumıniya arasında dörd sənəd imzalanıb (FOTO)

Fotoşəkillər əlavə olunub (ilk xəbər 16:41-də yayılıb)

Aprelin 18-də Prezident İlham Əliyevin və Prezident Trayan Beseskunun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları başa çatdıqdan sonra Azərbaycan-Rumıniya sənədlərinin imzalanması mərasimi olub, məlumatı Prezidentin rəsmi saytı yayıb.

"Azərbaycan Respublikası və Rumıniya arasında strateji tərəfdaşlığın yerinə yetirilməsi üçün Birgə Fəaliyyət Planı"nı Azərbaycan Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti Trayan Besesku imzaladılar.

"Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Rumıniyanın Kənd Təsərrüfatı və Kənd İnkişafı Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov və Rumıniyanın iqtisadiyyat, ticarət və biznes mühiti naziri İon Ariton imzaladılar.

"Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Rumıniyanın Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmləri sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev və Rumıniyanın iqtisadiyyat, ticarət və biznes mühiti naziri İon Ariton imzaladılar.

"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Rumıniyanın Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq Protokolu"nu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Rumıniyanın Xarici İşlər Nazirliyinin dövlət katibi Doru Kostea imzaladılar.

Xəbər lenti

Xəbər lenti