...

İraq XİN rəhbərinin Azərbaycana səfərinin tarixi açıqlanıb

Siyasət Materials 21 Aprel 2011 14:02 (UTC +04:00)
İraqın xarici işlər naziri Huşyar Zibarinin Azərbaycana səfəri aprelin 28-də baş tutacaq. Bu barədə Trend-ə Azərbaycanın İordaniya və İraqdakı səfiri Elman Araslı deyib.
İraq XİN rəhbərinin Azərbaycana səfərinin tarixi açıqlanıb

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir S.Ağayeva/

İraqın xarici işlər naziri Huşyar Zibarinin Azərbaycana səfəri aprelin 28-də baş tutacaq. Bu barədə Trend-ə Azərbaycanın İordaniya və İraqdakı səfiri Elman Araslı deyib.

Səfər Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovun dəvəti ilə həyata keçirilir.

Səfərin detalları azərbaycanlı səfir Araslı ilə iraqlı nazir Zibarinin görüşündə müzakirə olunub.

İraq XİN rəhbərinin Azərbaycana səfəri zamanı iki ölkə arasında əlaqələrin perspektivlərinin müzakirəsi gözlənilir.

Xəbər lenti

Xəbər lenti