...

Azərbaycan Diplomatik Akademiyası Türkiyə diplomatları üçün "Qafqazı tanıyaq" adlı treninqə başlayıb (FOTO)

Siyasət Materials 25 Aprel 2011 18:03 (UTC +04:00)
Azərbaycan Diplomatik Akademiyası (ADA) türkiyəli diplomatlar üçün "Qafqazı tanıyaq" adlı treninqə başlayıb.
Azərbaycan Diplomatik Akademiyası Türkiyə diplomatları üçün "Qafqazı tanıyaq" adlı treninqə başlayıb (FOTO)

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Diplomatik Akademiyası (ADA) türkiyəli diplomatlar üçün "Qafqazı tanıyaq" adlı treninqə başlayıb.

ADA-nın mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, dərslərin ilk günündə xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev qeyd edib ki, azərbaycanlı və türk diplomatlarının bir araya gələrək treninqdə iştirak etməsi iki qardaş ölkənin dövlət qurumları, xarici siyasətlə məşğul olan məmurları və ekspertləri arasında qarşılıqlı anlaşmanı artıracaq, dostluq münasibətlərini daha da dərinləşdirəcək.

Paşayev həmçinin bildirib ki, ADA-da keçirilən dərslərlə yanaşı, Türkiyə diplomatları yerli dövlət məmurları, alimlər, region üzrə ekspertlərlə görüşmək, Azərbaycanın tarixi güşələrinə və mədəniyyət mərkəzlərinə səfər etmək imkanı qazanacaqlar.

İlk dəfə türk və azərbaycanlı diplomatlar üçün təşkil olunan treninqdə Azərbaycanın xarici siyasəti, iqtisadiyyatı, prioritet məqsədləri haqqında ADA-nın müəllim heyəti məruzələrlə çıxış edəcək, eyni zamanda, Xarici İşlər Nazirliyi, Milli Məclisdə görüşlər keçiriləcək, Azərbaycanın bölgələrinə səfərlər baş tutacaq.

Xəbər lenti

Xəbər lenti