Azərbaycan, Bakı, 28 aprel /Trend/
Ermənistanın müdafiə naziri Seyran Ohanyan istefa ərizəsini prezident Serj Sərkisyana təqdim edib.
Trend-in Ermənistan KİV-ə istinadən yaydığı məlumata görə, prezident müdafiə nazirinin istefasını qəbul etməyib. Ermənistan prezidentinin spikeri Armen Arzumanyan məlumatla bağlı şərh verməyib.