Dördüncü abzas əlavə olunub (ilk xəbər 08:32-də yayılıb)
Azərbaycan, Bakı, 2 may /Trend/
ABŞ KİV-ləri "Əl-Qaidə" terror təşkilatının lideri olan Üsamə bin Ladenin öldürülməsi barədə məlumat yayıb.
Trend-in CNN teleşirkətinə istinadən verdiyi məlumata görə, bin Laden təqribən bir həftə öncə amerikan aviabombasının partlayışı nəticəsində məhv edilib.
Fox News-un məlumatına əsasən, bin Ladenin cəsədi ABŞ xüsusi xidmətlərinin əlindədir.
ABŞ prezidenti Barak Obama bir nömrəli terrorist Usama bin Ladenin amerikalı hərbbçilər tərəfindən öldürülməsini təsdiqləyib. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər yayıb.
"ABŞ hərbçiləri minlərlə kişi və qadınların, uşaqların öldürülməsinə səbəb olan bin Ladenin öldürülməsi üçün əməliyyat keçirib" - Оbama deyib.