...

Azərbaycanın üç müxalifət partiyasının rəhbəri birlik modelini müzakirə edib

Siyasət Materials 5 May 2011 14:05 (UTC +04:00)
Azərbaycanın üç müxalifət partiyasının rəhbəri birlik modelini müzakirə edib.
Azərbaycanın üç müxalifət partiyasının rəhbəri birlik modelini müzakirə edib

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın üç müxalifət partiyasının rəhbəri birlik modelini müzakirə edib.

Son parlament seçkilərində yaradılmış "İnsan Naminə" seçki blokunun təsisçiləri olan Azərbaycan Yaşıllar Partiyasının (AYP) sədri Mais Gülalıyev, Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan və Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev arasında görüş keçirilib. Bu barədə Trend-ə VİP-in mətbuat xidmətindən məlumat verilib.

VİP-in qərargahında baş tutan görüş hər üç partiya rəhbərinin seçkilərdən sonra müntəzəm apardıqları məsləhətləşmələrin davamı olaraq təşkil edilib.

AYP, ALP və VİP sədrlərinin üçtərəfli görüşündə ölkədə yaranmış ümumi vəziyyət və müxalifətdaxili inteqrasiya prosesinin mümkün istiqamətləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Müxalifətdaxili təmərküzləşmənin vacibliyi məsələsində həmrəy olan AYP, ALP və VİP sədrləri qarşılıqlı əməkdaşlığın daha da dərinləşdirilməsinə tərəfdar olublar. Müzakirələrin gedişində üç partiyanın birgə fəaliyyətinin əlaqələndirilməsi, birgə təbliğat vasitələrinin yaradılması və AYP-in beynəlxalq əlaqələrindən faydalı əməkdaşlıq naminə istifadə olunması kimi məsələlərə də toxunulub.

Görüşün sonunda müzakirə olunan məsələlərə dair müvafiq qərarlar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti