...

Medvedev DİN-in daha 4 generalını vəzifəsindən azad edib

Siyasət Materials 7 May 2011 11:41 (UTC +04:00)
Rusiya Prezidenti Dmitri Medvedev DİN-in 4 generalının vəzifəsindən azad edilməsi barədə fərman imzalayıb. Trend-in məlumatına görə, bu barədə Kremlin mətbaut xidməti məlumat yayıb.
Medvedev DİN-in daha 4 generalını vəzifəsindən azad edib

Rusiya Prezidenti Dmitri Medvedev DİN-in 4 generalının vəzifəsindən azad edilməsi barədə fərman imzalayıb. Trend-in məlumatına görə, bu barədə Kremlin mətbaut xidməti məlumat yayıb.

Onların sırasında Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Daxili İşlər Baş İdarəsinin rəis müavini milis general-mayoru Stepin Aleksandr Nikolayeviç də var.

Bundan başqa, Altay vilayəti üzrə Daxili İşlər Baş İdarəsinin rəis müavini, iqtisadi təhlükəsizlik üzrə milis general-mayoru Pan Timofey Dyasenoviç, Voronej vilayəti üzrə Daxili İşlər Baş İdarəsinin rəis müavini, ictimai təhlükəsizlik üzrə milis rəisi milis general-mayoru Çernyayev Viktor Mixayloviç və İrkutsk vilayəti üzrə Daxili İşlər Baş İdarəsi rəisinin birinci müavini, kriminal milis rəisi milis general-mayoru Şkurko Vladimir Artemyeviç vəzifəsindən azad olunub.

Rusiya DİN-in islahatları çərçivəsində martın 1-dən qüvvəyə minmiş "Polis haqqında" qanun qəbul edilib. Sənəd nazirliyin adının dəyişdirilməsini, eləcə də onun üzərində ictimai nəzarətin gücləndirilməsini nəzərdə tutur. DİN-də islahatların gedişində 2012-ci ilədək şəxsi heyətin sayının 22 faiz azaldılması planlaşdırılır.

Martın 1-dən nazirlikdə növbədənkənar təkrar attestasiyaya başlanıb. Onun iyun ayının 1-də başa çatacağı gözlənilir. Yalnız təkrar attestasiyadan keçənlər polis olacaqlar. İslahatlar zamanı artıq xeyli sayda milis generalları vəzifələrindən azad ediliblər.

Xəbər lenti

Xəbər lenti